Jurnalist özünü yaxşı hiss edir
Fevralın 6-da Apellyasiya Məhkəməsində araşdırmaçı-jurnalist Xədicə İsmayılın həbs müddətinin uzadılması ilə bağlı şikayətə baxılıb. Məhkəmə şikayəti təmin olunmaması barədə qərar çıxarıb.
Bu barədə Meydan TV-yə məlumat verən Fəxrəddin Mehdiyev Xədicə İsmayılın özünü yaxşı hiss etdiyini dedi.
Səbayıl rayon Məhkəməsi jurnalist Xədicə İsmayılın həbs müddətinin 2 ay artırılması ilə bağlı yanvarın 27-də qərar çıxarıb. Prokuror Xədicə İsmayılın həbs müddətinin daha 4 ay uzadılması ilə bağlı təqdimat versə də, müşavirədən sonra məhkəmə jurnalistin istintaq müddətində daha 2 ay həbsda saxlanması ilə bağlı qərar verib.
X.İsmayıl ötən il dekabrın 5-də həbs olunub. O, jurnalist Tural Mustafayevin “özünü öldürmə həddinə çatdırma” ittihamı ilə saxlanıb. Xədicə İsmayıl bu ittihamları rədd edərək, həbsini siyasi sifariş sayır.