Jurnalist
ə qəzetlər verilmir
Araşdırmaçı jurnalist, vicdan məhbusu Xədicə İsmayıl qadın məhbusların cəza çəkdiyi 4 saylı
cəzaçəkmə müəssisəsinə
köçürüldükdən sonra karantin mərhələsindədir.
Meydan TV-yə daxil olan məlumatlara görə, jurnalistin saxlanma şəraitindən narazılığı yoxdur. Jurnalistlə bir neçə dəfə profilaktik söhbət aparılıb və saxladığı az sayda köhnə qəzet nüsxələr qanunsuz olaraq ondan müsadirə edilib. Eyni zamanda, Xədicə İsmayıl yeni qəzetləri də almır.
Jurnalist Xədicə İsmayıla qarşı ötən ilin dekabrın 5-də Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) irəli sürülüb və o, həmin gün həbs olunub. Səbail Rayon Məhkəməsində hakim Elşad Şamayevin sədrliyiylə keçirilən prosesdə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Fevral ayında jurnalistə qarşı Baş Prokurorluq Cinayət Məcəlləsinin179.3.2 (mənimsəmə və israf etmə- külli miqdarda törədildikdə),192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə yeni ittihamlarını elan edib. Proses zamanı Cinayət Məcəlləsinin 125-ci maddəsi onun üzərindən götürülüb.
X.İsmayıl 7,5 il azadlıqdan məhrum edilib.
Bu gün onun həbs olunmasından 1 il ötür.