Xədicə İsmayıl yenə beynəlxalq mükafat aldı

Mükafat araşdırıcı jurnalistika və qeyri-adi cəsarətə görə təqdim olunur

Source:


Mükafat araşdırıcı jurnalistika və qeyri-adi cəsarətə görə təqdim olunur

İsveç Milli Mətbuat Klubu 2015-ci il Anna Politkovskaya Söz Azadlığı mükafatını azərbaycanlı jurnalist Xədicə İsmayıla təqdim edir.

Qurumun yaydığı pres-relizdə qeyd olunur ki, mükafat araşdırıcı jurnalistika və qeyri-adi cəsarətə görə təqdim olunur.

«Xədicə İsmayıl Azərbaycanda ən yüksək səviyyədə korrupsiyanı ifşa etmək üçün böyük cəsarət göstərib. O, həqiqətin üzə çıxmasında üzərinə böyük risklər götürüb. Bu risklərə «Telia Sonera» şirkətinin Azərbaycanda hakim elitayla biznes əlaqələri də daxildir. İsmayılovanın həbsi mətbuat azadlığının pozulması və digər jurnalistləri rejimin hakimiyyətdən sui-istifadəsini üzə çıxarmaqdan çəkindirməyə yönəlik utancverici səydir», – İsveç Milli Mətbuat Klubunun prezidenti Björn Häger deyir. (

azadliq.org

)

Ana səhifəXəbərlərXədicə İsmayıl yenə beynəlxalq mükafat aldı