Xədicə İsmayıl yaxınları ilə görüşüb

Ötən ilin dekabrın 5-də həbs olunan Xədicə İsmayıl həbs müddətində ilk dəfəydi ki, yaxınları ilə görüşürdü

Source:


Ötən ilin dekabrın 5-də həbs olunan Xədicə İsmayıl həbs müddətində ilk dəfəydi ki, yaxınları ilə görüşürdü

Martın 24-də araşdırmaçı jurnalist Xədicə İsmayıl yaxınları ilıə görüşüb. Meydan TV-yə məlumatı məhbus jurnalistin yaxınları verib.

Jurnalistin əhval-ruhiyyəsinin yaxşı olduğu, dostlara salam göndərdiyi və Novruz Bayramlarını təbrik etdiyi bildirilir: “Dedi ki, güclü və möhkəm olun”.

Ötən ilin dekabrın 5-də həbs olunan Xədicə İsmayıl həbs müddətində ilk dəfəydi ki, yaxınları ilə görüşürdü.

Jurnalist ötən ilin dekabrın 5-də Tural Mustafayevi özünü öldürmə həddinə çatdırma ittihamı ilə həbs edilmişdi. Yanvarın 27-də həmkarımızın həbs müddəti 2 ay daha uzadılmışdı.

Fevralın 13-də isə Xədicə İsmayıla qarşı mənimsəmə, vergi ödəməkdən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz sahibkarlıq fəaliyyətilə bağlı maddələr üzrə əlavə ittihamlar təqdim olunub.

Ana səhifəXəbərlərXədicə İsmayıl yaxınları ilə görüşüb