Xədicə İsmayıl və İlqar Məmmədovun şərəfinə səyahət

Elvin Quliyev: ”Tura azadlıq devizi ilə başladım”

Source:
Elvin Quliyev
Elvin Quliyev
Elvin Quliyev
Elvin Quliyev


Elvin Quliyev: ”Tura azadlıq devizi ilə başladım”

Gənc azərbaycanlı səyahətçi Elvin Quliyev azadlıq devizi altında siyasi məhbuslar Xədicə İsmayıl və İlqar Məmmədovun şərəfinə Bakıdan Avropanın ən hündür zirvəsi olan Monblanda yola düşüb. O, bütün bu yolu avto stop və piyada qət etmək niyyətindədir. Səyyah bu barədə məlumatı öz Facebook səhifəsində yayıb. Bildirib ki, keçdiyi ölkələrdə Xədicə İsmayıl və İlqar Məmmədovun Azərbaycanda haqsız yerə həbs edildiyi məlumatını yayacaq:

“Mən yeni bir səyahətə başladım. Bu səyahətimi siyasi dustaqlar Xədicə İsmayıla və Real Sədri İlqar Məmmədova həsr edirəm. Tura azadlıq devizi ilə başladım. Səyahətim Avropanın ən hündür zirvəsi Monblanda sona çatacaq”.

Elvin Quliyev daha öncə də piyada səfərə çıxmışdı. O, 56 gün müddətində təkbaşına Azərbaycandan Sinqapura qədər olan yolu piyada və avto stop vasitəsilə qət etmişdi.

Ana səhifəXəbərlərXədicə İsmayıl və İlqar Məmmədovun şərəfinə səyahət