Xədicə İsmayıl: Məhkəmədən ədalətli qərar gözləmirəm (VİDEO)

6 fevralda Bakı Apellyasiya Məhkəməsində araşdırmaçı jurnalist Xədicə İsmayılın həbs müddətinin 2 ay uzadılması ilə bağlı  verilən şikayətə baxılıb. Məhkəmə şikayəti təmin etməyib.

Vəkil Fariz Namazlı prosesə zərərçəkən Tural Mustafayevin gətirilməsi ilə bağlı vəsatət verib. Vəsatət təmin edilməyib.

Xədicə İsmayıl məhkəmədəki çıxışında hakimdən obyektiv qərar gözləmədiyini bildirib. O deyib ki, məhkəmə zallarında nə qərarlar çıxıbsa, buna şahidlik edib. Hazırkı işdən də obyektiv qərar gözləmir.

Xədicə İsmayıl Tural Mustafayevi özünü öldürmə həddinə çatdırmaqda ittiham olunur. Jurnalist bu ittihamı qəbul etmir və həbsini araşdırma yazıları ilə bağlayır. Səbail rayon Məhkəməsi 27 yanvarda jurnalistin həbs-qətimkan tədbirinin 2 ay uzadılması ilə bağlı qərar verib.

Ana səhifəVideoXədicə İsmayıl: Məhkəmədən ədalətli qərar gözləmirəm (VİDEO)