“Öz vəziyyətindən şikayət etmədi, ovqatı yüksəkdir”
Dekabrın 15-də 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Azadlıq Radiosunun əməkdaşı, araşdırmaçı jurnalist Xədicə İsmayıl həmkarı Şahvələd Çobanoğluna zəng edib. Məlumatı Ş.Çobanoğlu Facebook səhifəsində paylaşıb.
“Salamları var. Leyla xanımın durumunu soruşdu. Qalan məhbuslarla və azadlıq adasının sakinləri ilə maraqlandı. Öz vəziyyətindən şikayət etmədi. Ovqatı yüksəkdir. Bizə haqq işimizdə uğurlar dilədi”, – deyə Ş.Çobanoğlu Xədicə İsmayılla telefon danışığı barədə məlumat verib.
Dekabrın 5-də Səbayel Rayon Məhkəməsinin qərarı ilə Xədicə İsmayılın barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.