Xədicə İsmayıl kassasiya şikayəti verib

Ancaq prosesin keçiriləcəyi tarix hələ məlum deyil

Source:
Xədicə İsmayıl
Xədicə İsmayıl
Xədicə İsmayıl
Xədicə İsmayıl


Ancaq prosesin keçiriləcəyi tarix hələ məlum deyil

7,5 il azadlıqdan məhrum olunmuş araşdırmaçı jurnalist Xədicə İsmayılın kassasiya şikayəti icraata verilib.

Bu barədə məlumatı vəkil Yalçın İmanov öz Facebook səhifəsində paylaşıb.

Vəkilin sözlərinə görə, kassasiya şikayəti Ali Məhkəmənin hakimi Əli Seyfəliyevin icraatına verilib.

Ancaq prosesin keçiriləcəyi tarix hələ məlum deyil, – vəkil belə yazıb.

Jurnalist Xədicə İsmayıla qarşı ötən ilin dekabrın 5-də Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) irəli sürülüb və o, həmin gün həbs olunub. Səbail Rayon Məhkəməsində hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə onun barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Fevral ayında jurnalistə qarşı Baş Prokurorluq Cinayət Məcəlləsinin179.3.2 (mənimsəmə və israf etmə- külli miqdarda törədildikdə),192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə yeni ittihamlarını elan edib.

Xədicə İsmayıl irəli sürülən ittihamları peşə fəaliyyəti ilə əlaqələndirərək, rədd edib.

Jurnalist Beynəlxalq Amnistiya Təşkilatı tərəfindən vicdan məhbusu kimi tanınır.

Ana səhifəXəbərlərXədicə İsmayıl kassasiya şikayəti verib