Xədicə İsmayıl həbsxanadan yazır: Əfv söz-söhbəti

“Mən Kürdəxanıya düşəndən bəri həbsxanalara nəzarət qrupu heç buralarda görsənməyib. Monitorinq etmirlər bəs?”

Source:


“Mən Kürdəxanıya düşəndən bəri həbsxanalara nəzarət qrupu heç buralarda görsənməyib. Monitorinq etmirlər bəs?”

Məni güldürməyin.

İnsan Hüquqları üzrə Birgə Qrup ortaya çıxandan bəri nə iş görüb? Guya onlara qədər əfv sərəncamı olmurdu?

Gözə kül üfürürlər. Hökumətə dialoq şousu lazımdır. Qrup üzvləri də kömək edir bu şounu düzəltməyə. Avropa Şurası da bu oyunda iştirak edir. Barı öz biabırçılıqlarına bizi şərik etməsinlər.

Yeri gəlmişkən, mən Kürdəxanıya düşəndən bəri həbsxanalara nəzarət qrupu heç buralarda görsənməyib. Monitorinq etmirlər bəs? Sahib Məmmədovun Azadlıq Radiosunun efirindən söylədiyi həbsxanalardakı vəziyyət barədə bütün yalanları üzünə çırpmağa səbirsizlənirəm.



Ardı var…



Xədicə.

Kürdəxanı. Mart 2015


Ana səhifəXəbərlərXədicə İsmayıl həbsxanadan yazır: Əfv söz-söhbəti