Xədicə İsmayıl həbsdə qaldı

Məhkəmə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb

Source:


Məhkəmə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb

Dekabrın 11-də Bakı Apellyasiya Məhkəməsində hakimi Abid Abdinovun sədrliyi ilə araşdırmaçı jurnalist Xədicə İsmayılın həbsinə dair birinci instansiya məhkəməsinin qərarından şikayətə baxılıb.

Proses qapalı keçirilib. Vəkil Elton Quliyev deyib ki, məhkəmə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Xədicə İsmayıla dəstək məqsədilə məhkəmə binasının önünə xeyli ictimai-siyasi fəal toplaşıb. Milli Şuranın sədri Cəmil Həsənli, AXCP sədrinin müavinləri Nurəddin Məmmədli, Əbülfəz Qurbanlı və Rəyasət Heyətinin üzvləri, ReAl İdarə Heyətinin üzvü Erkin Qədirli, gənc fəallar, jurnalistin həmkarları və yaxınları prosesdə işitrak üçün gəliblər.

Dekabrın 5-də Səbail rayon məhkəməsi Xədicə İsmayılı 2 aylıq həbs qərarı çıxarıb.

Jurnalist cinayət məcəlləsinin 125-ci – özünü öldürmə həddinə çatdırma maddəsi üzrə təqsirləndirilir.

Ana səhifəXəbərlərXədicə İsmayıl həbsdə qaldı