Araşdırmaçı jurnalist Xədicə İsmayıl iki həftəlik səfərdən sonra oktyabrın 3-də saat 19.30-da Bakıya döndü. Xədicə İsmayılın pasportunu aldıqdan sonra bir qədər gözləməyi xahiş ediblər.
Daha sonra isə o öz vəkili Fariz Namazlı ilə birlikdə nəzarət altında baqajını götürə bilib. Sərnişinlərdən yalnız Xədicə İsmayılın baqajı yoxlanılıb. Jurnalisti bir neçə dəqiqə sonra sərbəst buraxsalar da, yenidən geri çağırılaraq otaqlardan birinə dəvət edilib.