Xədicə İsmayıl ev dustaqlığına buraxılmadı

Məhkəmənin qərarından apellyasiya şikayəti veriləcək

Source:


Məhkəmənin qərarından apellyasiya şikayəti veriləcək

Mayın 15-də Bakının Nəsimi rayon Məhkəməsi Xədicə İsmayılın həbs cəzasının ev dustaqlığı ilə əvəz edilməsi haqqında vəsatəti təmin etməyib.

Bu barədə “Turan”-a jurnalistin vəkili Fariz Namazlı bildirib.

Xədicə İsmayıl özü də prosesdə iştirak edib. Məhkəmənin qərarından apellyasiya şikayəti veriləcək.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də jurnalist Tural Mustafayevi özünü öldürmə həddinə çatdırmaq ittihamı ilə həbs edilib. Lakin fevralın 13-də prokurorluq 179.3.2 (külli məbləğdə mənimsəmə), 192.2.2-ci (qanunsuz sahibkarlıq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrlə yeni ittiham irəli sürüb. O, ittihamları təkzib edir və hakimiyyətin yüksək eşolonlarında korrupsiya faktları ilə bağlı jurnalist araşdırmalarına görə təqib edildiyini hesab edir.

Ana səhifəXəbərlərXədicə İsmayıl ev dustaqlığına buraxılmadı