Xədicə İsmayıl Ədliyyə Nazirliyinə və Ali Məhkəməyə sorğu göndərib

”Sınaq müddətinin cəza müddətindən daha uzun dövrü əhatə etməsi məndə şübhə doğurur”

Source:
Xədicə İsmayıl
Xədicə İsmayıl
Xədicə İsmayıl
Xədicə İsmayıl


”Sınaq müddətinin cəza müddətindən daha uzun dövrü əhatə etməsi məndə şübhə doğurur”

İyunun 6-da araşdırmaçı jurnalist Xədicə İsmayıl Ədliyyə Nazirliyinə və Ali Məhkəmənin hakimi Əli Seyfəliyevə elektron sorğu göndərib. Bu barədə jurnalist öz Facebook səhifəsində məlumat verib.

Ədliyyə Nazirliyinə ünvanlanan sorğuda jurnalist göstərir ki, 25 may 2016 tarixində Ali Məhkəmə onun verdiyi şikayətə baxaraq, barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı və Bakı Apellyasiya Məhkəməsinin qüvvədə saxladığı hökmü dəyişdirib. Bununla da 5 il sınaq müddəti olmaqla, üç il yarım şərti həbs cəzası təyin edib. Sınaq müddətinin cəza müddətindən daha uzun dövrü əhatə etməsinin hüquqi əsasları Xədicə İsmayılda şübhə doğurduğu üçün o, suallarına cavab almaq istəyib: “İndiyə kimi şərti cəzaya məhkum edilmiş şəxslərə sınaq müddətinin təyin olunması ilə bağlı məhkəmə praktikasında belə hallar mövcuddurmu? Mövcuddursa, bu nümunələr barədə mənə məlumat verməyinizi xahiş edirəm”.

Hakim Əli Seyfəliyevə göndərdiyi sorğuda isə araşdırmaçı 25 may 2016-cı il tarixdə Ali Məhkəmənin barəsində çıxardığı qərarın surətinin niyə internet səhifəsində olmaması ilə maraqlanıb: “Qərar mənə çatdırılmayıb. Həbsxanada mənə təqdim olunan çıxarışda isə şərti cəza ilə bağlı məhkəmə tərəfindən üzərimə qoyulan vəzifələr göstərilməmişdir. Xahiş edirəm, qərarın surətini mənə göndərəsiniz, internet səhifəsinə yerləşdirəsiniz və şərti cəza ilə bağlı üzərimə düşən vəzifələri mənə izah edəsiniz”.

Ana səhifəXəbərlərXədicə İsmayıl Ədliyyə Nazirliyinə və Ali Məhkəməyə sorğu göndərib