“Görürsünüzmü, mən hələ də ümid edirəm, hər şey yaxşı olacaq
”
Məhbus jurnalist Xədicə İsmayıl həmkarlarına və ümumən cəmiyyətə ismarış göndərib. Həmkarımızın ismarışını qohumları Facebook-da yayıb.
Meydan TV jurnalistin ismarıjını olduğunu kimi dərc edir:
Hamıya salam. Mən möhkəməm, siz də möhkəm olun. Jurnalistlərə məsləhətim odur ki, böhran korrupsiyasına göz qoysunlar. Böhrandan çıxış yolu adı altında iqtisadiyyatın yeni sahələrinin monopoliya altına alınmasına diqqət etsinlər. Cəbhə xəttindəki gərginlik üzücüdür, könül istərdi ki, bu Ermənistan və Azərbaycan hökumətinin öz xalqlarını ölkədaxili siyasi və iqtisadi böhrandan yayındırmaq yox, torpaqlarımızın azad olunması üçün real addımlarla nəticələnən bir situasiya olsun. Ümid edirəm, cəbhə xəttindəki və regiondakı yeni gerçəklik korrupsiya çax-çuxunu azacıq yavaşıdar. Görürsünüzmü, mən hələ də ümid edirəm, hər şey yaxşı olacaq”.