1.02.Meydan TV-in əməkdaşının bildirdiyinə görə, X.İsmayıl sərbəst buraxılıb. Gömrük işçiləri onda fotoaparat kartı olduğunu aydınlaşdırandan sonra bu qərarı qəbul ediblər.
—————————————————
0.50.X.İsmayıl vəkili Elton Quliyevin iştirakıyla fləş-karta fotoaparatda baxılmasına icazə verilib. Hazırda fləş-karta baxış keçirilir.
—————————————————-
0.15. Əməkdaşımız məlumat verir ki, jurnalisti yenidən qaytarıblar hava limanının gömrüyünə və vəkilləri kabinetdən çıxarıblar.
—————————————————
0.05. Jurnalist Xədicə İsmayıl Facebook səhifəsində yazıb ki, ona fləş-karta baxış barədə protokol verməyəcəklərini deyiblər: “Bildirirlər ki, yoxlayaq, sonra protokol olsa, kömitədən sənəd tələb edərsiz”.
—————————————————
23.34. Meydan TV-in əməkdaşının məlumatına görə, Xədicə İsmayılı polisə aparırlar, səbəb onun qaydaları pozmasıdır. Əməkdaşımız bildirir ki, jurnalisti polisə sabiq millət vəkili Aydın Məmmədovun oğlu Araz Məmmədov aparır.
—————————————————-
22.55. Jurnalist 102-yə zəng edib 3 saatdır qanunsuz olaraq azadlığının məhdudlaşdırıldığını desə də, “aeroporta biz baxmırıq” cavabını alıb.
——————————————————
22.25. Xədicə İsmayıl Facebook səhifəsində yazıb ki, gömrük məmuru fləş-kartını yoxlamaq barədə rəsmi qərar təqdim etmir: “Mən qərar qəbul edin və surətini verin deyirəm. Onlar yalnız baxış keşirib, sonra akt verə biləcəklərini deyirlər. Amma inanmıram. Çünki əvvəl də bəyannamə yaz, keç dedilər, yazdım, buraxmadılar”.
————————————————–
Həbs təhlükəsi gözlənilən jurnalisti hava limanında yoxlama adi ilə saxlayıblar.
Araşdırmaçı jurnalist Xədicə İsmayıl iki həftəlik səfərdən sonra oktyabrın 3-də saat 19.30-da Bakıya döndü. Onun ölkəyə dönən kimi həbs olunacağı ilə bağlı xəbərlər yayıldığından həmkarları, ictimaiyyət nümayəndələri hava limanına toplaşıblar.
Meydan TV-nin hava limanında olan əməkdaşlarının verdiyi məlumata görə, Xədicə İsmayılın pasportunu aldıqdan sonra bir qədər gözləməyi xahiş ediblər.
Daha sonra isə o öz vəkili Fariz Namazlı ilə birlikdə nəzarət altında baqajını götürə bilib. Sərnişinlərdən yalnız Xədicə İsmayılın baqajı yoxlanılıb. Jurnalisti bir neçə dəqiqə sonra sərbəst buraxsalar da, yenidən geri çağırılaraq otaqlardan birinə dəvət edilib.
Hazırda hər kəs bayırda Xədicə İsmayılı gözləyir və otaqda baş verənlərdən xəbərsizdilər. Xədicə İsmayıl öz Facebook səhifəsində ondan üzərindəki flash-card-ın verilməsini tələb etdiklərini, lakin bundan imtina etdiyini yazıb.
Vəkil Fariz Namazlı AzadlıqRadiosuna bildirir ki, Xədicə İsmayıldan bəyannamə doldurmağı tələb ediblər. Jurnalist üzərində bəyan ediləcək bir şeyin olmadığını bildirsə də, bəyannaməni doldurub.
***
Xədicə İsmayıl oz Facebook səhifəsində gömrük məmurunun ondan flash-card-ın verilməyəcəyi təqdirdə buraxılmayacağını bildirdiyini yazıb:
“Gömrük məmuru deyir, şübhələnirəm ki, sizdə dövlətçiliyə zidd məlumat var, flaşkaya baxmamış buraxa bilmərəm”.
Daha sonra jurnalist səhifəsində yazıb ki, ona flash-card-nı verməkdən imtina etməyini aktlaşdırıb polisə verəcəklərini deyiblər.
Vəkil Fariz Namazlı
AzadlıqRadiosuna bildirir ki, gömrük işçilərinin bu davranışı qanunauyğun deyil:
«Gömrük işçiləri bildirir ki, 2001-ci il qanununa əsasən, şəxslər informasiya daşıyıcıları barədə məlumat verməlidirlər. Ancaq bu, doğru tələb deyil. Hər gün müəyyən sayda insan hava limanından istifadə edir, özü ilə dizüstü kompüter, flaş-kart aparır. Heç biri bu barədə gömrüyə məlumat vermir. 2 saata yaxındır Xədicə İsmayılı burada saxlayıblar. Onun sərbəst hərəkət hüququ pozulur».
***
Xədicə İsmayıl Facebookda yazdığı digər statusunda gömrük işçilərinin flash-card-ı ilə bağlı məsələni rəsmiləşdirməkdən imtina etdiklərini və onu polisə aparmaqla hədələdiklərini bildirir:
“Gömrük məmuru flaşkanı yoxlamaq barədə rəsmi qərar təqdim etmir. Mən qərar qəbul edin ve sürətini verin deyirəm. Onlar yalnız baxış keçirib sonra akt verə biləcəklərini deyirlər. Amma inanmıram. Çünki əvvəl də bəyannamə yaz keç dedilər, yazdım, buraxmadılar”.
Xədicə İsmayıl yazır: “102-ye zəng edib 3 saatdır ki, qanunsuz olaraq azadlığımın məhdudlaşdırıldığını dedim. Dedilər aeroporta biz baxmırıq”.
***
Saat 23:33-də Xədicə ismayıl Facebookda polisə götürüldüyünü yazır