Xədicə İsmayıl Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət edib

Jurnalist qanunsuz sahibkarlıqla bağlı ittihamın ləğv olunmasını istəyir

Source:


Jurnalist qanunsuz sahibkarlıqla bağlı ittihamın ləğv olunmasını istəyir


İyulun 8-də araşdırmaçı jurnalist Xədicə İsmayıl Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət edərək, qanunsuz sahibkarlıqla bağlı üzərində qalan ittihamın ləğv edilməsini istəyib.

Jurnalist bu barədə özünün Facebook səhifəsində xəbər verib:

“Cinayət Məcəlləsinə edilən dəyişikliklər iyunun 1-də qüvvəyə minib və yeni versiyaya görə xarici mediaya işləyən jurnalistin XİN-də qeydiyyatdan keçməməsini nə qədər istəsələr də, cinayət kimi yoza bilməzlər. Əslində buna qədər də yozmaları qanunsuz idi, amma 192-ci maddənin bir qədər mücərrəd olması qanunsuzluğa imkan verirdi. İndi isə qanun daha konkretləşdirilib. Belə ki, əvvəlki versiyada qanunsuz sahibkarlıq – “müvafiq dövlət qeydiyyatına alınmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq” kimi tövsif edilirdisə, indiki versiyasında vergi orqanlarında (!) qeydiyyata alınmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqdan söhbət gedir. İyunun 1-də qüvvəyə minən dəyişikliklərin geriyə qüvvəsi tətbiq olunmalıdır”.

Ərizəyə 10 gün müddətində baxılmalıdır.

Xədicə İsmayılın üzərimdə qalan iki maddədən 192.2(qanunsuz sahibkarlıq) üzrə iki il, 213.1 (vergidən yayınma) üzrə də iki il həbs cəzası kəsilib, maddələri birləşdirməklə ona beş il sınaq müddəti ilə üç il yarım şərti cəza verilib.

Ana səhifəXəbərlərXədicə İsmayıl Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət edib