Xədicə İsmayıl artıq jurnalist fəaliyyəti ilə bağlı dindirilir

“Deyəsən əvvəlki ittihamlardan bir şey çıxmadı, təzə nağıl fikirləşirlər”

Source:


“Deyəsən əvvəlki ittihamlardan bir şey çıxmadı, təzə nağıl fikirləşirlər”

Bu barədə AzadliqRadiosuna məktubunda Xədicə İsmayıl yazıb.

Onun sözlərinə görə, prokurorluq artıq onu ittiham olunduğu iş üzrə deyil, jurnalist fəaliyyəti ilə bağlı dindirməyə başlayıb. Məhbus-jurnalist bildirir ki, indiyədək istintaqda iştirak etməyən müstəntiq Sənan Paşayev onu dindirərək, müxtəlif sənədlərə bağlı suallar verib.

“Absurd ittihamlar səsləndi, protokola yazdım ki, iddialar siyasi qərəzin və hüquqi savadsızlığın nəticəsidir” – deyə jurnalist yazır.

Xədicə İsmayıl dekabrın 5-də həbs olunub. Jurnalisti Tural Mustafayev adlı şəxsi özünə qəsd həddinə çatdırmaqda ittiham edirlər.

Ana səhifəXəbərlərXədicə İsmayıl artıq jurnalist fəaliyyəti ilə bağlı dindirilir