Jurnalist ölkədən çıxışına qoyulan qadağanın götürülməsini istəyir
Araşdırmaçı jurnalist Xədicə İsmayıl ölkədən çıxışının qadağan edilməsinə dair Binəqədi rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Bu barədə jurnalist özünün Facebook səhifəsində məlumat verib.
X. İsmayıl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 7 il 5 ay müddətində azadlıqdan məhrum edilib. Ali Məhkəmə kassasiya şikayəti verən jurnalistin cəzasının 3 il 6 ay müddətinə şərti cəza ilə əvəzlənməsinə dair qərar qəbul edib və o, azadlığa buraxılıb. Ona ittiham olunduğu Cinayət Məcəlləsinin 179 və 308-ci maddələri üzrə bəraət verilib.
Xədicə İsmayıl Bakı Ağır Cinayətlər Məhkəməsinə də müraciət edərək, qanunsuz sahibkarlıqla bağlı üzərində qalan ittihamın ləğv edilməsini istəyib.