Xarici valyutada 743,3 milyon manatlıq poblemli kredit var

Sentyabrda isə bu göstərici 9,51 faiz olub

Source:
foto sosial şəbəkə
foto sosial şəbəkə


Sentyabrda isə bu göstərici 9,51 faiz olub

2016-cı il noyabrın 1-nə olan məlumata görə, vaxtı keçmiş kreditlərin həcmi 1 mlrd. 375,6 mln. manat təşkil edib. Bu da ötən ilin müvafiq ayı ilə müqayisədə 5,66 faiz və ya 73,7 mln. manat çoxdur.

Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikaya görə, bu ilin sentyabrı ilə müqayisədə oktyabrda problemli kreditlərin həcmi 221,7 mln. manat və ya 13,9 faiz azalıb.

Hesabat dövründə milli valyutada 8 mlrd. 509,5 mln. manatlıq kredit verilib ki, bunun da 632,3 mln. manatının və ya 7,43 faizinin ödəmə vaxtı gecikir. Bu müddətdə xarici valyutada 7 mlrd. 310,5 mln. manatlıq kredit verilib. Xarici valyutada problemli kreditlərin həcmi 743,3 mln. manat və ya 10,2 faiz təşkil edir. Ümumiyyətlə, manatda vaxtı keçmiş kreditlərin ümumi problemli kreditlərin həcmində çəkisi 45,9 faiz, xarici valyutada isə bu göstərici 54,03 faizdir.

Oktyabrda vaxtı keçmiş kreditlərin həcmi ümumi kredit qoyuluşlarında xüsusi çəkisi 8,7 faiz təşkil edir. Sentyabrda isə bu göstərici 9,51 faiz olub.

Ana səhifəXəbərlərXarici valyutada 743,3 milyon manatlıq poblemli kredit var