Xarici valyuta satışı 2 dəfə artıb

İqtisadçı: ”Bu, devalvasiyadan sonra ən yüksək göstəricidir”

Source:
Valyuta dəyişmə
Valyuta dəyişmə


İqtisadçı: ”Bu, devalvasiyadan sonra ən yüksək göstəricidir”


Azərbaycan Mərkəzi Bankı

son 10 ayın yekunları üzrə bankların nağd formada həyata keçirdiyi xarici valyuta ticarətinə dair məlumat açıqlayıb.

Məlumata görə, ötən ilin 10 ayı ilə müqayisədə banklar tərəfindən nağd satılan xarici valyutanın həcmi iki dəfəyə yaxın artıb.

Belə ki, bütün növ xarici valyutaların satışı ötən ilin 10 ayında 1.750 mlrd. dollar, 2018-ci ilin eyni dövründə isə 3.380 mlrd. dollar ekvivalentində olub. 2018-ci ilin yanvar-oktyabr ayında satılan nağd xarici valyutanın təxminən 77.2 faizini ABŞ dolları, 19.6 faizini avro, 1.8 faizini ingilis funt sterlinqi, 1.4 faizini isə rus rublu təşkil edib.

İqtisadçı Rövşən Ağayevin sözlərinə görə, bu göstərici 2015-ci ildən, yəni kəskin devalvasiya ilindən sonra ən yüksək göstəricidir:

“Xarici valyutanın satışı iki dəfə artıb. Bankların nağd satdığı xarici valyutanın həcmi nağd valyuta alışını təxminən 1.2 mlrd. dollar üstələyib. Əslində dərin analiz tələb edən rəqəmlərdir: iqtisadi fəallığın ən aşağı həddə olduğu, iqtisadi staqnasiyanın yaşandığı, real gəlirlərin faktiki olaraq artmadığı dövrdə bütövlükdə ev təsərrüfatlarının və fiziki şəxslərin xarici valyutaya tələbatının artması real görünmür. Bunu ona görə deyirəm ki, nağd valyutaya tələbi əsasən bu subyektlər təmsil edir”.

Rövşən Ağayev
Rövşən Ağayev

İqtisadçı ehtimal edir ki, əsas səbəb valyutaya tələbin artmasında dövlət sektorunun xərclərinin ötən ilə nisbətən kəskin artımıdır:

“Söhbət xüsusilə də dövlət sektorunun investisiya təyinatlı xərclərinin artımından gedir. Rəsmi statistikaya görə, bu ilin 10 ayında ötən ilin eyni dövrünə nisbətən təkcə hökumət mənbələri üzrə investisiya xərcləri 80 faizədək artıb”.

R. Ağayev deyir ki, bu xərclərin səmərəli istifadəsinə nəzarət mexanizmləri yüksək səviyyədə olmadığından müxtəlif kanallarla nağd valyuta bazarına yolu xeyli rəvandır:

“Bəlkə də sırf təsadüfdür. Ancaq bu iki göstəricinin artım miqyasında da xeyli yaxınlıq var”.

Ana səhifəXəbərlərXarici valyuta satışı 2 dəfə artıb