Xarici ticarət dövriyyəsinin müsbət saldosu 5 dəfə azalıb

Ötən ilə nisbətən idxalın həcmi 1,04 faiz artıb, ixracın həcmi isə 48,73 faiz azalıb

Source:


Ötən ilə nisbətən idxalın həcmi 1,04 faiz artıb, ixracın həcmi isə 48,73 faiz azalıb

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan xarici dövlətlərlə 18 815 373,24 min ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,73 faiz azdır.

Məlumata görə, bu ilin 11 ayında 8 196 177,79 min ABŞ dolları həcmində 6 102 adda mal idxal (43,56 faiz), 10 619 195,45 min ABŞ dolları (56,43 faiz) həcmində 2 391 adda mal isə ixrac edilib. Ötən ilə nisbətən idxalın həcmi 1,04 faiz artıb, ixracın həcmi isə 48,73 faiz azalıb.

Nəticədə bu ilin xarici ticarət dövriyyəsindəki müsbət saldo son bir ildə 5,2 dəfə azalaraq 2 423 017,66 min dollara düşüb.

Ana səhifəXəbərlərXarici ticarət dövriyyəsinin müsbət saldosu 5 dəfə azalıb