Ötən ilin ticarət dövriyyəsində isə 2 167 144,93 min dollarlıq müsbət saldo yaranmışdı
2016-cı ilin yanvar-iyul ayları ərzində Azərbaycan 9 347 050,84 min ABŞ dolları həcmində xarici ticarət əməliyyatları aparıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,89% azalma deməkdir.
“Report” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin yaydığı məlumatda qeyd edilib.
Məlumata görə, bu ilin ilk 7 ayında idxal əməliyyatlarının həcmi 10,46% azalaraq 4 757 258,78 min dollara, ixrac əməliyyatlarının həcmi isə 38,57% azalaraq 4 589 792,06 min dollara bərabər olub.
Nəticədə, xarici ticarət dövriyyəsində 167 466,27 min dollarlıq mənfi saldo yaranıb. Ötən ilin ticarət dövriyyəsində isə 2 167 144,93 min dollarlıq müsbət saldo yaranmışdı.