”Xarici ölkələrə abituriyent axınının qarşısı alınacaq”

Hazırlıq kurslarını bitirən abituriyentlər ali məktəbə imtahansız qəbul ediləcək

Source:
İsa Həbibbəyli (Foto: APA)
İsa Həbibbəyli (Foto: APA)

Hazırlıq kurslarını bitirən abituriyentlər ali məktəbə imtahansız qəbul ediləcək

“Ölkəmizdə müəyyən olunan bal həddini toplamayan və ali məktəblərə daxil ola bilməyən abituriyentlərin böyük hissəsi orta məktəbi bitirmək haqqında sənədi təqdim etməklə digər ölkələrin ali məktəblərinə üz tuturlar. Nəticədə Azərbaycandan xarici ölkələrə xeyli abituriyent axını olur. Hazırlıq qruplarının yaradılması ilə xarici ölkələrə gedən həmin gənclərin axınının qarşısı alınacaq”.

Bu fikirlər iyunun 7-də Milli Məclisin Elm və Təhsil Komitəsində “Təhsil haqqında” qanuna dəyişikliklər edilməsi barədə layihənin təqdimatı zamanı səsləndirilib. Komitə sədri İsa Həbibbəyli bildirib ki, layihə ölkənin ali təhsil sistemində bakalavriat səviyyəsində illik ödənişli hazırlıq qruplarının təşkilini nəzərdə tutur:

”Məqsəd ölkədə ali məktəblərə qəbul oluna bilməyən gənclərin xaricə axınının qarşısını almaq və bilik səviyyəsinin artırılmasına yardım etməkdir”.

Layihəyə əsasən, hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanlarında müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunacaqlar.

Müzakirələrdən sonra “Təhsil haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Ana səhifəXəbərlər”Xarici ölkələrə abituriyent axınının qarşısı alınacaq”