Xarici İşlər Nazirliyinin və Sərhəd Xidmətinin əməkdaşları saxlanılıb

Onlar əcnəbiləri aldadaraq dövlət rüsumundan artıq məbləğdə pul almaqda günahlandırılırlar

Source:
fotolar DTX
fotolar DTX


Onlar əcnəbiləri aldadaraq dövlət rüsumundan artıq məbləğdə pul almaqda günahlandırılırlar

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) və Dövlət Sərhəd Xidmətinin (DSX) birgə keçirdiyi əməliyyat nəticəsində Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin Beynəlxalq Hava Limanındakı Viza şöbəsinin 3-cü katibi Elton Zakir oğlu Xəlilli və DSX zabitləri saxlanılıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin məlumatında belə

deyilir

.

Bildirilir ki, daxil olan məlumat əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən birgə kompleks əməliyyat-texniki tədbirlər həyata keçirilib və çoxsaylı cinayət faktları qeydə alınıb.

Məlumatda qeyd olunur ki, yanvarın 26-da keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Bakı şəhəri Beynəlxalq Hava Limanında ölkəyə gələn əcnəbilərin viza rəsmiləşdirilməsi zamanı xidməti vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunla müəyyən edilmiş ödəmələrdən artıq məbləğdə pul almış Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin Beynəlxalq Hava Limanındakı Viza şöbəsinin 3-cü katibi Xəlilli Elton Zakir oğlunun qanunsuz əməlləri ifşa edilərək saxlanılıb.

Həmçinin, bildirilir ki, dövlət sərhəd nəzarəti prosedurlarında heç bir rüsum ödənilmədiyi halda, ölkəyə daxil olan xarici ölkə vətəndaşlarından əsassız olaraq müxtəlif məbləğlərdə pul almış Dövlət Sərhəd Xidmətinin Hava nəqliyyatında sərhəd-nəzarət idarəsinin Beynəlxalq Hava Limanında zabit nəzarətçisi, baş leytenant Lətif Fərhad oğlu Zeynalov və nəzarətçi gizir Zaur Taleh oğlu Qasımlının qanunsuz əməlləri ifşa edilərək cinayət başında saxlanılıblar.

“Adları çəkilən şəxslərdən ayrı-ayrı ölkələrə məxsus müxtəlif məbləğlərdə xarici valyuta əskinasları aşkar edilərək götürülüb, xarici vətəndaşlar həmin şəxslərin qanunsuz əməlləri barədə ətraflı məlumatlar veriblər.

Hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində araşdırmalar davam edir” – məlumatda bildirilir.

Adıçəkilən şəxslərin yaxınları ilə əlaqə saxlamaq mümkün olmayıb.

Ana səhifəXəbərlərXarici İşlər Nazirliyinin və Sərhəd Xidmətinin əməkdaşları saxlanılıb