“Xarici İşlər Nazirliyinin bəyanatında cavabdan çox sual var”

Nazirlik Anar Həsənovun xaricdə sığınacaq almasına aydınlıq gətirib

Source:


Nazirlik Anar Həsənovun xaricdə sığınacaq almasına aydınlıq gətirib

Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayıb. “Turan” İA-nin məlumatına görə, bəyanatda cavabdan çox sual var.

Sənəddə deyilir ki, Azərbaycanın Avstraliyadakı səfirliyinin keçmiş əməkdaşı Anar Həsənov KİV-ə “təxribat, böhtan və təhqir xarakterli” məktub göndərib.

Təxribatın, böhtanın və təhqirin nədən ibarət olduğu, eyni zamanda bu böhtanın və təhqirin kimə qarşı olduğu bildirilmir.

Daha sonra bəyanatda deyilir ki, “diplomatik xidmət haqqında qanunu, XİN Nizamnaməsinin müddəalarını və əmək müqaviləsini kobud şəkildə pozmasına, fəaliyyət müddəti ərzində yol verdiyi xidməti pozuntulara görə Anar Həsənov Avstaliyadakı səfirliyin əməkdaşı olarkən tutduğu vəzifədən azad edilib və uzunmüddətli ezamiyyətdən geri çağırılıb”.

Daha sonra bildirilir ki, bir müddət əvvəl Anar Həsənovun Azəbaycanın Rumıniyadakı səfirliyində işlədiyi müddət ərzində xidməti pozuntulara yol verdiyi aşkar edilib və o, uzunmüddətli xidməti ezamiyyətdən vaxtından əvvəl geri çağırılıb, onun barəsində inzibati tədbirlər görülüb.

Bundan başqa, qeyd edilir ki, Anar Həsənovun KİV-ə bir sıra sənədlər göndərməsi növbəti ciddi qanun pozuntusu və məsuliyyətsiz davranışdır.

Bu məlumatdan Həsənovun nə etdiyi, harada olduğu və o, özünü belə pis apararkən XİN-in niyə bu qədər oturub gözlədiyini anlamaq aydın deyil.

Qeyri-rəsmi məlumatlara görə isə, Həsənov Azərbaycan hakimiyyətini və XİN rəhbərliyini nüfuzdan salan faktları yayıb. Onu bu əməllərinə görə cavab verməyə çağırmaq cəhdlərindən sonra Həsənov xaricdən sığınacaq istəyib.

Bu, yaxınlarda İKT-nin Avropa İttifaqındakı keçmiş nümayəndəsi Arif Məmmədovun başına gələn qalmaqalı xatırladır. O, Bakının Binəqədi rayonunda yanğın qurbanlarına münasibətdə biganəliyinə görə meriya məmurlarını tənqid etdikdən sonra xalq düşməni elan edilib və qovulub (“Turan” İA).

Ana səhifəXəbərlər“Xarici İşlər Nazirliyinin bəyanatında cavabdan çox sual var”