Görüşün detalları açıqlanmır
Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın Cenevrədə keçirilən görüşü başa çatıb. Görüş ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə keçirilib.
Görüşün detalları haqqında məlumat verilməyib. Yalnız o bildirilib ki, tərəflər mülki və qeyri-hərbi obyektlərin hədəfə alınmaması rasılığına gəliblər.
Azərbaycan Xarici İşlər Nazirliyinin
məlumat
ına görə, Ceyhun Bayramov görüşdə münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamələri və beynəlxalq təşkilatların qərar və sənədləri əsasında həllinə dair Azərbaycanın mövqeyini təqdim edib.
Humanitar tədbirlərdən bəhs edən Ceyhun Bayramov Azərbaycanın konstruktiv yanaşma sərgilədiyini deyib. O, birtərəfli qaydada cəsədlərin, habelə ahıl erməni qadınının Ermənistan tərəfinə təhvil verildiyini söyləyib.
XİN-in məlumatına görə, nazir Ermənistanın beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq mülki şəxsləri və yaşayış məntəqələrini məqsədli şəkildə atəşə tutmasının qəbuledilməz olduğunu vurğulayıb.