2015-ci il yanvarın 1-i üçün Azərbaycan banklarında əmanət və depozitlərin həcmi 15 mlrd 453,4 mln manat təşkil edir
Yanvarın 1-i üçün banklarda əhalinin əmanətləri 7 mlrd 188,4 mln manat təşkil edib. Bu 2014-cü ilin əvvəlinə olan göstəricidən 12,4 faiz çoxdur. Mərkəzi Bankdan (AMB) verilən məlumata görə, əhalinin milli valyutada əmanətlərinin həcmi 4 mlrd 422,4 mln manat və ya bütün əmanətlərin 61,5 faizi qədərdir (+13,7 faiz).
Qalanı xarici valyutada əmanətlərdir (+10,3 faiz).
AMB-nin məlumatına görə, 2015-ci il yanvar ayının 1-ə rezidentlərin bank əmanətlərinin həcmi 6 mlrd 472,5 mln manat, qeyri-rezidentlərin bank əmanətlərinin həcmi isə 715,9 mln. manat təşkil edib. Yerli əhali əmanətləri 15,2 faiz artırıb. Qeyri-rezidentlərin əmanətləri isə 7,7 faiz azalıb.
2015-ci il yanvarın 1-i üçün Azərbaycan banklarında əmanət və depozitlərin həcmi 15 mlrd 453,4 mln manat təşkil edir. Bu, ilin əvvəlinə olan göstəricidən 23,9 faiz çoxdur.