Xarici dövlət borcu 920 milyon dollar artıb

1 oktyabr 2016-cı il üçün xarici dövlət borcunun ÜDM-ə nisbəti 20,1 faizdir

Source:
Maliyyə nazirliyi
Maliyyə nazirliyi


1 oktyabr 2016-cı il üçün xarici dövlət borcunun ÜDM-ə nisbəti 20,1 faizdir

1 oktyabr 2016-cı il üçün Azərbaycanın xarici dövlət borcu 7,650.7 milyon ABŞ dolları olub. Bu, bir il öncəkindən $920 mln çoxdur.

“Turan” yazır ki, Maliyyə Nazirliyi dövlət borcunu başqa göstəricilər olmadan mütləq ifadədə açıqlayıb. Bu, qanunvericiliyə ziddir. “Dövlət borcu haqqında” qanuna əsasən, hökumət hər rüb dövlət borcunun bütün parametrləri, o cümlədən əsas məbləğ və hesablanan faizlər, borcun valyuta strukturu, borcalanlara və s barədə ictimaiyyətə hesabata verməlidir.

2016-cı ildə dövlət borcu üzrə 1 mlrd 120 mln manat ödənilməsi nəzərdə tutulurdu. Bu, dövlət büdcəsi xərclərinin 7,7 faizidir. Amma təkcə üçüncü rübdə xarici dövlət borcu $12,1 mln artıb.

1 oktyabr 2016-cı il üçün xarici dövlət borcunun ÜDM-ə nisbəti 20,1 faizdir.

Ana səhifəXəbərlərXarici dövlət borcu 920 milyon dollar artıb