Xarici dövlət borcu 9 milyard dolları ötüb

Ötən ilin sonu strateji valyuta ehtiyatı 37.6 milyard dollar olub

Source:


Ötən ilin sonu strateji valyuta ehtiyatı 37.6 milyard dollar olub

Azərbaycanın xarici dövlət borcu 9 milyard dolları ötüb.

Məlumat Mərkəzi Bankın (MB) Pul Siyasəti İcmalında qeyd edilib. Sənəddə 2016-cı ilin sonuna strateji valyuta ehtiyatlarının 37.6 milyard ABŞ dolları olduğu bildirilir. Bu da xarici dövlət borcunu 4.1 dəfə üstələyib.

Bu o deməkdir ki, ötən ilin sonu Azərbaycanın xarici dövlət borcu 9 milyard 17 milyon dollara çatıb.

Xarici dövlət borcu ilə bağlı ən son rəsmi məlumat ötən il oktyabrın 1-də yayılıb.

Maliyyə Nazirliyinin məlumatında deyilir ki, həmin vaxta xarici dövlət borcu 7 milyard 650.7 milyon ABŞ dolları olub.

Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.

Ana səhifəXəbərlərXarici dövlət borcu 9 milyard dolları ötüb