Xaricə valyuta köçürmələrindən icbari yığım tutulacaq

Çünki bank və sığorta şirkətləri, əsasən də ikincisi, sərbəst vəsaitləri xaricdə fond birjalarına investisiya edə bilər. Əmlak əldə edilməsi zamanı isə istisnalar tətbiq edilmir

Source:


Çünki bank və sığorta şirkətləri, əsasən də ikincisi, sərbəst vəsaitləri xaricdə fond birjalarına investisiya edə bilər. Əmlak əldə edilməsi zamanı isə istisnalar tətbiq edilmir

Azərbaycanda “Valyuta tənzimi haqqında” qanuna nəzərdə tutulan dəyişikliklərə əsasən, rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər birbaşa investisiya (gəlir əldə etmək və müəssisənin idarə edilməsində iştirak etmək hüququna malik olmaq məqsədilə müəssisənin nizamnamə kapitalına qoyulan sərmayə) əməliyyatı üzrə – əməliyyatın məbləğinin 20 faizi miqdarında icbari yığımı tam məbləğdə dövlət büdcəsinə köçürməklə xaricə valyuta köçürə biləcəklər. Bu, bank və sığorta təşkilatlarına şamil edilmir.

“Report” xəbər verir ki, həmçinin rezident və qeyri-rezident fiziki və hüquqi şəxs tərəfindən qiymətli kağızların əldə edilməsi əməliyyatı üzrə – əməliyyatın məbləğinin 20 faizi miqdarında icbari yığımı tam məbləğdə dövlət büdcəsinə köçürməklə Azərbaycandan kənara xarici valyuta köçürə bilər (bank və sığorta təşkilatlarına şamil edilmir).

Bundan başqa, rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər torpaq və yerin təki də daxil olmaqla binalar, qurğular, eləcə də yerləşdiyi ölkənin qanunvericiliyi ilə daşınmaz əmlaka aid edilən digər əmlak üzərində mülkiyyət hüququnun, habelə daşınmaz əmlak üzərində başqa hüquqların əldə edilməsi əməliyyatın məbləğinin 20 faizi miqdarında icbari yığımı tam məbləğdə dövlət büdcəsinə köçürməklə xaricə köçürə bilər.

Yəni, rezident və qeyri-rezident fiziki və hüquqi şəxs xaricdə hər hansı bir müəssisənin səhmlərini almaq istəyirsə ödəniləcək məbləğin 20 faizini icbari yığım kimi büdcəyə ödəməlidir. Bu qərar bank və sığorta şirkətlərinə şamil edilmir. Çünki bank və sığorta şirkətləri, əsasən də ikincisi, sərbəst vəsaitləri xaricdə fond birjalarına investisiya edə bilər. Əmlak əldə edilməsi zamanı isə istisnalar tətbiq edilmir.

Ana səhifəXəbərlərXaricə valyuta köçürmələrindən icbari yığım tutulacaq