”Xaricdən hakimiyyət əleyhinə çıxış edən mühacirlər Azərbaycana gətirilməlidir”

Milli Məclisdə Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun məlumatı dinlənilib

Foto: arxiv
Siyavuş Novruzov
Siyavuş Novruzov


Milli Məclisdə Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun məlumatı dinlənilib

“Fransada Azərbaycana qarşı söyüş kampaniyası aparan Vidadi İsgəndərli ilə bağlı həmin dövlətlərə xəbərdarlıq edilməlidir”.

Bunu Milli Məclisin iclasında deputat Zahid Oruc Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazovun 2017-ci il üzrə illik məlumatı açıqlandıqdan sonra aparılan müzakirədə deyib.

“Vidadi İsgəndərli gündə bir ölkədən videomüraciət yayaraq, Azərbaycanın dövlət adamları və övladlarına qarşı siyasi terror təşkil edəcəkləri ilə hədələyir. Hesab edirəm ki, Azərbaycanın Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu bu insanların insanlar alveri təşkilatçıları olduğunu bildirməlidir. Eyni zamanda Azərbaycan tərəfi bu adamlara sığınacaq verən ölkələrə bildirməlidir ki, siz, bu şəxslərdən Azərbaycana qarşı siyasi istismar kimi istifadə edirsiniz”.

S.Novruzov da Avropada Azərbaycan hakimiyyəti əleyhinə çıxışlar edən mühacirlərlə bağlı təklif verib: O bildirib ki, bunun qarşısı alınmalıdır:

“Həmin insanlar xaricdən Azərbaycana gətirilməlidir. Onlar qanun qarşısında cavab verməlidirlər”.

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

Ana səhifəXəbərlər”Xaricdən hakimiyyət əleyhinə çıxış edən mühacirlər Azərbaycana gətirilməlidir”