Aksiyanın əsas şüarı “Azərbaycandakı siyasi məhbuslara azadlıq!” olub
Dekabrın 17-də Avropada yaşayan azərbaycanlılar Almaniyada siyasi məhbuslara dəstək məqsədilə etiraz askiyası keçiriblər. Aksiya Münster şəhərində düzənlənib.
Turan xəbər verir ki, aksiyanın əsas şüarı “Azərbaycandakı siyasi məhbuslara azadlıq!” olub.
Şəhərin mərkəzi küçəsində düzənlənən aksiyaya 100-dən artıq azərbaycanlı qatılıb. Təşkilatçı Müsavat Partiyasının Avropa Kootdinasiya Mərkəzi olub.
İştirakçılar “Biz qul deyilik”, “Siyasi məhbuslara azadlıq”, “Avropa, Azərbaycanda insan haqlarına biganə qalma” kimi şüarlar səsləndiriblər, Azərbaycanda həbsdə olan jurnalistlərin, bloqçuların, gənc fəalların şəkillərini qaldırıblar.
Günortadan sonra başlayan aksiya bir neçə saat davam edib.