Bu gün, dekabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində xaricdə yaşayan blogerlər Orduxan Bəbirov (Teymurxan), Orxan Ağayev, Tural Sadıqlı, Rəfael Piriyev, Elşad Məmmədov, Süleyman Süleymanlı və Qurban Məmmədov barəsində açılmış cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib.
Prosesə sədrlik edən hakim Hüseyn Hüseynli blogerlər barədə qiyabi hökm oxuyub.
Belə ki, hökmə əsasən, Qurban Məmmədov, Tural Sadıqlı 14 il, Süleyman Süleymanlı, Orduxan Teymurxan, Orxan Ağayev, Rəfael Piriyev və Elşad Məmmədov 9 il müddətinə azadlıqdan məhrum olunublar.
Blogerlər dələduzluq, terrorçuluğa çağırış, hakimiyyət nümayəndəsinə tabe olmama, silahlı qiyam, rəsmi sənədləri saxtalaşdırma maddələri ilə ittiham olunurlar.
Məhkəmə zərərçəkmiş şəxs qismində Xəqani Xəlilovu tanıyıb.