Xaricdə yaşayan Abid Qafarov, Sevinc Osmanqızı və Beydulla Manafova hökm oxunub

Abid Qafarov və Sevinc Osmanqızı – Kollaj: Meydan TV

Yanvarın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində xaricdə yaşayan bloger Abid Qafarov və jurnalistlər Sevinc Osmanqızı, Beydulla Manafova qiyabi hökm oxunub.

Hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən məhkəmə prosesində onların hər birinə 8 il müddətinə həbs cəzası verilib. 

Jurnalistlər və blogerlər əsasən, “dövlət əleyhinə yönələn açıq çağırışlar”, “təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə” kimi maddələri ilə ittiham olunurlar. 

Birləşmiş Ştatlarda (ABŞ) yaşayan jurnalist Sevinc Osmanqızı ittihamarı qəbul etməyib.

Abid Qafarov isə bildirib ki, heç kimi iğtişaşa və ya qarşıdurmaya səsləməyib.

Bundan əvvəl xaricdə yaşayan blogerlər Orduxan Bəbirov (Teymurxan), Orxan Ağayev, Tural Sadıqlı, Rəfael Piriyev, Elşad Məmmədov, Süleyman Süleymanlı və Qurban Məmmədov barəsində hökm oxunub. 

Belə ki, hökmə əsasən, Qurban Məmmədov, Tural Sadıqlı 14 il, Süleyman Süleymanlı, Orduxan Teymurxan, Orxan Ağayev, Rəfael Piriyev və Elşad Məmmədov 9 il müddətinə azadlıqdan məhrum olunublar.

Ana səhifəSiyasətXaricdə yaşayan Abid Qafarov, Sevinc Osmanqızı və Beydulla Manafova hökm oxunub