Xankəndidə yaşayan erməni əsilli vətəndaşın vəfat etdiyi bildirilir

Xankəndi. Foto: Azərtac

Nazirlik onun kəskin ağciyər-ürək çatışmazlığından öldüyünü deyir

Xankəndidə erməni əsilli vətəndaşın vəfat etdiyi açıqlanıb.

Bu barədə Azərbaycan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, 1954-cü il təvəllüdlü Vera Aqasyan Varaşakovna oktyabrın 20-də səhər saat 9-10 radələrində yaşadığı ünvanda vəfat edib.

Nazirlik ölümlə bağlı aidiyyəti orqan tərəfindən məhkəmə-tibbi ekspertizasının təyin olunduğunu bildirib.

Məlumata görə, Vera Aqasyan Varaşakovnanın ölüm səbəbi kəskin ağciyər-ürək çatışmazlığı ilə bağlıdır:

“Məhkəmə-tibbi ekspertizanın ilkin məlumatlarına görə, 70 yaşlı qadının ölümünün bilavasitə səbəbi ağciyər arteriyasının trombozu ilə əlaqədar inkişaf etmiş kəskin ağciyər-ürək çatışmazlığı olub”.

Nazirliyin açıqlamasında qeyd olunur ki, Vera Aqasyan Varaşakovna Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən həkim müayinəsində olub və ona lazımi sosial müdafiə dəstəyi göstərilib.

Ana səhifə ▸ Xəbərlər ▸ Xankəndidə yaşayan erməni əsilli vətəndaşın vəfat etdiyi bildirilir