“Sentyabrın 18-dən 19-na keçən gecə biz tamamilə oyaq qaldığımızdan dünən yox, bugün gələ biləcəyimizi bildirmişik”
Meydan TV ilə əməkdaşlıq edən xanım jurnalistlər yenidən istintaqa çağırılıb. Məlumatı Meydan TV-yə Aytən Fərhadova verib.
Jurnalist bildirib ki, Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin istintaq bölməsinin rəis müavini, sentyabrın 19-da onları dindirmiş Murad Quliyev Sevinc Vaqifqızına zəng edərək, yenidən ifadə verməyə çağırıb.
“Ancaq həmkarım Sevinc Vaqifqızı iş vaxtının bitməsi səbəbindən gələ bilməyəcəyini söyləyib. Həm də sentyabrın 18-dən 19-na keçən gecə biz tamamilə oyaq qalmışdıq deyə, hələ də yorğunuq. Buda səbəblərdən biri olub. Amma bugün hər üçümüz idarədə olacağıq”, – deyə xanım Fərhadova bildirib.