Xamneyi: BƏƏ İsrail müqaviləsi ilə “əbədi olaraq rüsvay oldu”

“Ümid edirəm əmirliklər oyanar və etdiklərinin qarşılığını verərlər”.

Source: google.az


“Sionist rejimin bölgədə möhkəmlənməsinə icazə verdilər və Fələstini unutdular”

“Birləşmiş Ərəb Əmirlikləri İsrail ilə əlaqələri normallaşdırmaq üçün bir razılığa gələrək İslam dünyasına və fələstinlilərə xəyanət edib”, – İranın Ali Rəhbəri Ayətullah Əli Xameneyi çərşənbə axşamı deyib.

“Əlbəttə ki, BƏƏ-nin xəyanəti uzun sürməyəcək, amma bu damğa həmişə yaddaşlarda qalacaq. Sionist rejimin bölgədə möhkəmlənməsinə icazə verdilər və Fələstini unutdular”, – “Reuters” Xameneyə istinadən bildirib.

“İslam dünyasına, ərəb millətlərinə və Fələstinə qarşı bu xəyanətə görə əmirliklər əbədi olaraq rüsvay olacaqlar”.

Xameneyin bəyanatı Ağ Evin baş məsləhətçisi, Prezident Donald Trampın kürəkəni Cəred Kuşner (Jared Kushner) də daxil olmaqla yüksək səviyyəli İsrail və ABŞ rəsmilərindən ibarət heyətin bu müqaviləni sonlandırmaq üçün Əbu-Dabiyə tarixi səfərindən sonraya təsadüf edir.

“BƏƏ israillilər və Tramp ailəsinin yəhudi üzvü kimi şeytan amerikalılarla birlikdə İslam dünyasının maraqlarına qarşı birlikdə çalışır”,- Xameney Kuşnerə işarə edərək deyib.

“Ümid edirəm əmirliklər oyanar və etdiklərinin qarşılığını verərlər”.

Bağlanmış müqavilə 20 ildən bəri bir ərəb ölkəsi ilə İsrail arasında imzalanmış ilk sövdələşmədir. Müqavilə müstəqil dövlət uğrunda mübarizələrinə zərbə olan Fələstin liderlərini narahat edib.

Tramp administrasiyası şiə İranın bölgədəki roluna qarşı digər sünni müsəlman ərəb ölkələrini İsrail ilə əlaqələndirməyə çalışır.

İsrail və BƏƏ 13 avqustda iki ölkə arasında rəsmi əlaqələri Vaşinqtonun vasitəçiliyi ilə quracaqlarını elan etmişdilər. Diplomatik addım Fələstin məsələsindən İranla münasibətlərə qədər Yaxın Şərq nizamını dəyişdirməyə qadirdir, – “Reuters” bildirib.

“Biz inanırıq ki, digər ərəb və müsəlman ölkələri tezliklə Birləşmiş Ərəb Əmirliklərinin rəhbərliyini izləyəcək və İsrail ilə münasibətləri normallaşdıracaq”, – Ağ Evin rəsmisi Robert Obrayn (Robert O’Brien ) Netanyahunun iqamətgahındakı danışıqlardan sonra bazar günü jurnalistlərə bildirmişdi.

Ana səhifəDünyaXamneyi: BƏƏ İsrail müqaviləsi ilə “əbədi olaraq rüsvay oldu”