Xameneyi Britaniyanın tanker ələ keçirməsini ”piratlıq” adlandırıb

Xameneyi həmçinin bildirib ki, İran 2015-ci ildə bağlanmış nüvə müqaviləsi çərçivəsində üzərinə götürdüyü öhdəliklərini azaltmağa davam edəcək.

Source: meydan tv


''İran İslam Respublikası və onun qüvvələri bu pisliyi cavabsız qoymayacaq''

İranın dini lideri Ayətullah Əli Xameneyi deyib ki, Tehran Britaniya hakimiyyəti tərəfindən İran tankerinin ələ keçirilməsinə qarşılıq verəcək.

Xameneyi gəminin ələ keçirilməsini "piratlıq" adlandırıb.

"İran İslam Respublikası və onun qüvvələri bu pisliyi cavabsız qoymayacaq,"- Xameneyi deyib.

İran tankeri bu ayın əvvəlində Cəbəllütariqdə Suriyaya neft apararaq sanksiyaları pozduğuna dair şübhələrlə bağlı olaraq Britaniya tərəfindən ələ keçirilib.

Britaniya xarici işlər naziri Ceremi Hant (Jeremy Hunt) həftə sonu bildirib ki, əgər Tehran gəminin Avropa İttifaqının sanksiyalarını pozaraq Suriyaya səfər etməyəcəyi bağlı təminat verərsə, tankerin "sərbəst buraxılmasına kömək edəcək".

Xameneyi həmçinin bildirib ki, İran 2015-ci ildə bağlanmış nüvə müqaviləsi çərçivəsində üzərinə götürdüyü öhdəliklərini azaltmağa davam edəcək.

Tehran yaxın vaxtlarda uranı müqaviləylə müəyyən edilmiş həddən daha da artırmağa qərar verib. Bu addımı İran Avropa ölkələrinə ABŞ sanksiyalarına qarşı Tehrana kömək etməsinə təzyiq etmək üçün atıb.

Xameneyi avropalı tərəfdaşlarını öz öhdəliklərini yerinə yetirməməkdə ittiham edib.

Xarici işlər nazirinin sözlərinə görə, Avropanın müqaviləylə 11 öhdəliyi var, onlardan heç biri təmin edilməyib.

“Biz öhdəliklərimizi yerinə yetirmişik və artıqlamasıyla. İndi biz öhdəliklərimizi azaltmağa başlamışıq. Öhdəliklərinizə riayət edin!" – Xameneyi deyib.

Avropa ölkələri İranı razılaşmaya sadiq qalaraq öz öhdəliklərini artırmaq üçün atdığı son addımlardan geri durmağa çağırıb.

Ana səhifəDünyaXameneyi Britaniyanın tanker ələ keçirməsini ”piratlıq” adlandırıb