”Xalq bank”-ın baş ofisində partlayış olub (yenilənib)

Partlayışın səbəbi bilinmir

Source:


Partlayışın səbəbi bilinmir

————————————————————————–


“Xalq Bank”ın baş ofisində partlayış baş verməsi barədə bəzi mətbuat orqanlarında yayılan məlumatlar həqiqəti əks etdirmir.


Bunu APA-ya açıqlamasında “Xalq Bank”ın Reklam və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elşən Eynullayev APA-ya açıqlamasında bildirib.


E. Eynullayev deyib ki, baş ofisə yaxın ərazidə baş verən partlayışın bankla əlaqəsi yoxdur. O, hazırda hadisə yerində Fövqəladə hallar Nazirliyi və hüquq-mühafizə orqanlarının əməkdaşları çalışdıqlarını, yaxın ərazidə park olunmuş avtomobillərə ciddi ziyan dəydiyini də bildirib.

Aprelin 24-də səhər saat 9.00-da “Xalq bank”ın anbarında partlayış baş verib. Hazırda ətraf təmamilə mühasirəyə alınıb. Yaxınlıqda yerləşən maşınlara ciddi xəsarət dəyib.

Bu barədə ANN.Az məlumat yayıb.

“Xalq bank”ın baş ofisi İnşaatçılar prospektində “Elmlər akademiyası” metro stansiyasının şaxtasınn yaxınlığında yerləşir.

Partlayışın səbəbi bilinmir.

Ana səhifəXəbərlər”Xalq bank”-ın baş ofisində partlayış olub (yenilənib)