Aktyor şəkərli diabetdən əziyyət çəkir
Xalq artisti Muxtar Maniyevin üzərində yenidən cərahiyyə əməliyyatı aparılıb.
Bu barədə APA-ya Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzindən məlumat verilib. Qeyd olunub ki, M. Maniyevin sağ ayağı diz nahiyyəsindən amputasiya olunub.
Həkimlər onun vəziyyətini stabil qiymətləndirirlər.
M. Maniyev şəkərli diabetdən əziyyət çəkir. 2015-ci il avqustun 11-də xalq artistinin sol ayağı Elmi Cərrahiyyə Mərkəzində amputasiya olunub.