Bəstəkar Fəxri Xiyabanda dəfn olunub
Xalq artisti Arif Məlikov mayın 9-da 86 yaşında vəfat edib.
Arif Məlikov Fəxri Xiyabanda dəfn edilib.
Məlumatı Azərtac yayıb.
Arif Məlikov Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, SSRİ və Azərbaycan Respublikasının xalq artisti, Dövlət və Heydər Əliyev mükafatları laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının kafedra müdiri idi.
Arif Məlikov 1933-cü il sentyabrın 13-də Bakı şəhərində anadan olub.
1953–1958-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq ixtisası üzrə ali təhsil alıb.
Əmək fəaliyyətinə 1951–1952-ci illərdə Şuşa şəhər musiqi məktəbində müəllim kimi başlayan Arif Məlikov 1960-cı illərdən Azərbaycan Dövlət Konservatoriyasında çalışıb.
Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti dünyanın tanınmış teatr səhnələrində yarım əsrdən artıq bir dövrdə tamaşaya qoyulub.
O, “İstiqlal”, “Şöhrət” və digər dövlət mükafatları ilə təltif edilib.