Muğam ifaçısının vida mərasiminin yeri və dəfn yeri dekabrın 26-da məlum olacaq
Xalq artisti Ağaxan Abdullayev uzunsürən xəstəlikdən sonra dekabrın 25-də vəfat edib.
Məlumatı APA-ya xalq artıstinin oğlu Hacı Minəxan Abdullayev məlumat verib.
Muğam ifaçısının vida mərasiminin yeri və dəfn yeri dekabrın 26-da məlum olacaq.
Abdullayev Ağaxan Minaxan oğlu 1950-ci ildə Bakı şəhərinin Əmircan kəndində anadan olub. 1958-1968-ci illərdə 84 saylı orta məkəbdə, 1969-1973-cü illərdə A.Zeynallı adına Orta İxtisas Muiqi Məktəbində təhsil alıb.
1973-cü ildə Əbilov adına Mədəniyyət evində muğam ixtisası üzrə müəllim vəzifəsində, 1977-ci ildən A.Zeynallı adına musiqi məktəbində muğam müəllimi kimi çalışıb.
O, 1992-ci ildə Əməkdar artisti fəxri adına, 1998-ci ildə Xalq artisti fəxri adına layiq görülüb, prezident təqaüdçüsü olub. 2000-ci ildə pedaqoji fəaliyyətinə görə Təhsil Nazirliyi Kollegiyasının Fəxri fərmanı, 10 may 2015-ci ildə Heydər Əliyev Fondunun “Qızıl çinar” beynəlxalq mükafatı ilə təltif olunub