O, vəzifə səlahiyyətlərindən sui-istifadə günahlandırılır
Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova vəzifəsindən çıxarılıb.
Bu barədə rayon icra başçısı Vüqar Zeynalov mayın 6-da əmr imzalayıb.
Xəbəri "
trend.az
" yayıb.
Mayın 4-də Baş Prokurorluq
Xalidə Bayramova
ya xəbərdarlıq edib. Səbəb kimi Xalidə Bayramovanın vəzifə səlahiyyətlərindən istifadə etməsi göstərilib: “Araşdırma zamanı məlum olub ki, Xalidə Bayramova Səbail rayonu ərazisində yerləşən 1 saylı şəhər poliklinikasının vəzifəli şəxslərinə zəng edib. O, Covid-19 əleyhinə vaksinasiya prosesilə əlaqədar yaxın qohumuna peyvənd vurulmadan, onun peyvəndlənmiş şəxs kimi qeydiyyata alınıb, bu barədə tibbi sənəd verilməsini tələb edib”.
Xalidə Bayramovanın adı 2019-cu ilin aprelində 162 saylı orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın intiharı məsələsində də çox hallanmışdı.
Hadisə yerinə gələn icra başçısının birinci müavini özünə qəsd edən şagirdi istər məktəbdə, istərsə də sonradan xəstəxanada sorğu-suala tutmuşdu.
Məktəbin direktoru hadisədən sonra təcili yardım əvəzinə Xalidə Bayramovanı çağırmışdı.
Sonradan ekspertiza rəy vermişdi ki, məktəblinin hadisədən dərhal sonra xəstəxanaya aparılmaması, bu prosesin yubanması onun durumunun daha da pisləşməsinə səbəb olub.
Xalidə Bayramova bu məsələ ilə əlaqədar istər istintaqda, istərsə də məhkəmədə dindirilmişdi.