Xalid Qarayevin apellyasiya şikayəti təmin olunmadı

Vəkil Bəhruz Bayramov məhkəmənin obyetiv təhqiqat aparmadığını bildirib

Source:


Vəkil Bəhruz Bayramov məhkəmənin obyetiv təhqiqat aparmadığını bildirib

Noyabrın 6-da Bakı Apellyasiya Məhkəməsi “Azadlıq” qəzetinin jurnalisti və “Azərbaycan saatı” adlı on-line verilişin əməkdaşı Xalid Qarayevin inzibati həbsindən verdiyi şikayəti təmin etməyib. Məhbus-jurnalistin vəkili Bəhruz Bayramov bildirib ki, məhkəmə obyetiv təhqiqat aparmayıb.

Oktyabrın 30-da Binəqədi rayon məhkəməsi Qarayevi 296 (kiçik xuliqanlıq) və 310.1-ci (polisə tabe olmama) maddələrlə təqsirli bilərək, 25 gün müddətinə həbs edib. Guya o, küçədə ünvansız və senzuradankənar söyüş söyüb.

Xalid Qarayev və həmkarları ittihamın saxta, siyasi motivli olduğundan və jurnalistin peşə fəaliyyəti və fəal vətəndaş mövqeyi ilə bağlı olduğu qənaətindədirlər.

Ana səhifəXəbərlərXalid Qarayevin apellyasiya şikayəti təmin olunmadı