16.50. Meydan TV-in məhkəmə qarşısında olan əməkdaşının bildirdiyinə görə, prosesdə Adil Əliyev və Elnur Qasımov adlı şahidlər hal şahidliyi edərək Xalidin söyüş söydüyünü deyiblər. Elnur Qasımov birinci dəfədir hal şahidliyi etdiyi və cəmi bir dəfə 45 sutkalıq inzibatı cəza çəkdiyini etiraf edib. Lakin vəkillər onun narkotik işi ilə bağlı hal şahidliyi etdiyini deyiblər.
X.Qarayevin vəkili Bəhruz Bayramov hadisə yerində kameralara baxış və Xalidin ruhi sağlamlıq vəziyyətinin yoxlanılması ilə bağlı iki vəsatət qaldırıb. Lakin məhkəmə vəsatətləri təmin etməyib. Məhkəmə Xalid Qarayevin sağlamlıq durumunun normal olduğunu və kameralara baxışa ehtiyac olmadığını deyib. Öz növbəsində Xalid Qarayev həbsinin siyasi və jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirib.
Məhkəmə Xalid Qarayevə 25 sutka həbs cəzası verib. O, Binəqədi İnzibati Təcridxanasında saxlanılacaq.
Vəkil Bəhruz Bayramov hadisə yerində kameralara baxış və Xalidin ruhi sağlamlıq vəziyyətinin yoxlanılması ilə bağlı iki vəsatət qaldırıb, amma məhkəmə vəsatətləri təmin etməyib
“Azadlıq” qəzetinin və “Azərbaycan saatı”-nın əməkdaşı Xalid Qarayevin Binəqədi rayon Məhkəməsində prosesi başlayıb. Məhkəmədən məlumat verən əməkdaşımız Aysel Ümüdova bildirir ki, hakim məhkəmənin açıq olduğunu elan etsə də, nə jurnalistlər, nə də AXCP üzvləri məhkəmə zalına buraxılır. Jurnalistin hüquqlarını vəkil Bəhruz Bayramov müdafiə edir.
Binəqədi Rayon Polis İdarəsinin rəis müavini Oqtay Süleymanov bildirib ki, Xalid Qarayev xırda xuliqanlıq etdiyi üçün saxlanılıb. Rəis müavini deyib ki, jurnalist mərkəzi küçədə ünvansız söyüş söyüb.