Xalid Qarayev həbs olundu (VİDEO)

“Azərbaycan saatı”nın əməkdaşı, AXCP üzvü Xalid Qarayev saxlanılıb. O, özü bu barədə Facebook səhifəsində məlumat yayıb. X.Qarayev Binəqədi rayon polis idarəsinin 4-cü polis bölməsinə aparıldığını yazıb.

Binəqədi Rayon Polis İdarəsində öncə onun haqqında heç bir məlumata malik olmadıqlarını desələr də sonra rəis müavini Oqtay Süleymanov burada olduğunu qeyd edərək, xırda xuliqanlıq törətdiyi üçün saxlanıldığını deyib.

Oktyabrın 30-da Binəqədi Rayon Məhkəməsində Xalid Qarayevin məhkəməsi keçiriləcək.

Ana səhifəVideoXalid Qarayev həbs olundu (VİDEO)