Xalid Bağırov cinayət işlərində vəkil olmaqdan uzaqlaşdırılsa da, Avropa Məhkəməsinə göndərilmiş işlərdə vəkil olaraq qalır. Lakin ona müvəkkilləri ilə görüşməyə icazə verilmir.
Vəkillə bir yerdə Kürdəxanıda yerləşən istintaq təxridxanasına getdik. Təcridxananın içərisində çəkilişə icazə olmadığı üçün sizə Xalid Bağırovla təcridxana nəzarətçisinin dialoqunun səs yazısını təqdim edirik.