Xalid Bağırov Leyla Yunusun müdafiəsindən kənarlaşdırılıb

Vəkilin digər müvəkkili Rəsul Cəfərovla görüşünə də icazə verilməyib

Source:


Vəkilin digər müvəkkili Rəsul Cəfərovla görüşünə də icazə verilməyib

Vəkil Xalid Bağırov dövlətə xəyanətdə ittiham olunan hüquq müdafiəçisi Leyla Yunusun müdafiəsindən kənarlaşdırılıb. Bu barədə “Turan İA”-a Xalid Bağırov özü bildirib.

“Noyabrın 5-də məni 1 saylı Bakı İstintaq Təcridxanasında L.Yunusun yanına buraxmayıblar və deyiblər ki, Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinin mənim L.Yunusun müdafiəsindən kənarlaşdırılmam haqqında məktubu var. Bunun səbəbini mənə izah etməyiblər”, – deyə Bağırov bildirib.

Elə bu gün onun digər müvəkkili Rəsul Cəfərovla görüşünə icazə verilməyib.

Xatırladaq ki, bir müddət əvvəl vəkil Cavad Cavadov da L.Yunusun müdafiəsindən uzaqlaşdırıblar və üçüncü vəkil Əlaif Həsənovun da kənarlaşdırılması ehtimalı var.

Ana səhifəXəbərlərXalid Bağırov Leyla Yunusun müdafiəsindən kənarlaşdırılıb