Xalid Bağırov: Cinayət işi və verilən cəza adekvat deyil

Mehman Əliyev: ”Dövləti qorxu ilə idarə etməzlər, bunun sonu çox pis olur”

Source:
Qiyas Ibrahim foto Meydan TV
Qiyas Ibrahim foto Meydan TV


Mehman Əliyev: ”Dövləti qorxu ilə idarə etməzlər, bunun sonu çox pis olur”

NİDA Hərəkatının üzvü, “Heykəl məhbusu” kimi tanınan Qiyas İbrahimovun barəsində çıxarılan hökm ictimaiyyət tərəfindən etirazla qarşılanır. İctimai fəallar sosial şəbəkələrdə hökmlə bağlı tənqidi fikirlər yazırlar.

Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər öz “Facebook” səhifəsində yazıb:

“Qiyas İbrahim rejim tərəfindən cəzalandırıldı. Rejimin simvoluna azadlıq şüarı yazdığına görə əsl bolşevik riyakarlığı ilə narkotik alverində ittiham olundu və 10 illik həbs edildi.

İsa Qəmbər Meydan TV

Bu riyakarlıq və qəddarlıq 50 il əvvəl baş vermiş hadisəni xatırlatdı: 1957-ci ildə Cahid Hilaloğlu silahdaşları, o cümlədən Çingiz Abdullayevlə birgə böyük cəsarət və fədakarlıq göstərərək Qız Qalasının başına Cümhuriyyətimizin üç rəngli bayrağını yüksəltmişdilər. Və onlar da qəddar və riyakar sovet bolşevik rejimi tərəfindən oğurluqda (!?) ittiham edilərək 10 illik cəza almışdırlar. Qarşımızda yenə həmin bolşevik rejimidir: qəddar və riyakar… Azərbaycan xalqının Hürriyyət və İstiqlal mübarizəsi davam edir!”

Vəkil Xaliq Bağırov isə Meydan TV-yə bildirib ki, cinayət işini oxumadığından məsələyə hüququ baxımdan rəy verməkdə çətinlik çəkir: “Amma Azərbaycan vətəndaşı kimi mənə də cinayət işinin mahiyyəti və hardan qaynaqlanması bəllidir. Həm cinayət işi və verilən cəza adekvat deyil”.

Xaliq Bağırov foto Turan İA
Xaliq Bağırov foto Turan İA

Vəkil dövlət ittihamçısının 9 il, hakimin isə 10 il cəza verməsini belə şərh edib: “Bu yanaşma qanunla qadağan olunmur. Ancaq məhkəmə prosesinin çəkişmə prinsipi var, məhkəmə tərəf yox, ittihamın tələblərindən asılı olan bir tərəf olmalıdır. Məhkəmə tərəfə çevrilərsə, çəkişmə prinsipinin qüsurlarını ortaya qoyar. Məhkəmə gərək orbitr rolunu oynayardı”.

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev də Qiyas İbrahimov haqda qərarı tənqid edir.

M.Əliyev hesab edir ki, hakimiyyətin Qiyas İbrahimov və Bayram Məmmədova münasibəti adekvat deyil, əksinə, başqa reaksiya olmalıydı: “11 may hadisəsindən sonra hakimiyyət ölkəni hara apardığını anlamalıydı. Ancaq hakimiyyət gənclərin mövcud duruma etirazını anlamadı. Gənclər demək istəyirdi ki, indiki durum ölkəni fəlakətə aparır. Hakimiyyət də bu siqnala adekvat cavab verməliydi, yəni cəmiyyətlə dialoqa getməliydi. Təəssüf ki, hakimiyyət yenə kortəbii, köhnə qaydada hərəkət edir, bu isə çox pisdir”.

Mehman Əliyev Meydan TV

Mehman Əliyev düşünmür ki, Qiyas İbrahimova çıxarılan hökm cəmiyyətdə qorxu xofuna hesablanıb: “Cəmiyyət elə vəziyyətə düşüb ki, artıq qorxu qalmır. Baxın, yağış yağır, havalar soyuyur, amma kommunal problemlər həllini tapmır və insanlar müxtəlif formada etirazlarını ifadə edirlər. Sumqayıt yolunda evlərin söküntüsü, Goranboyda qazın verilməməsi, Binəqədidə kanalizasiyaların bərbad durumu – bunlar hamısı insanları bezdirib. Qorxunun da həddi var. Dövləti qorxu ilə idarə etməzlər, bunun sonu çox pis olur”.

Ana səhifəXəbərlərXalid Bağırov: Cinayət işi və verilən cəza adekvat deyil