Xadimə məktəbdə ölüb

217 nömrəli orta məktəbin direktoru Bənövşə Cəfərova Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevin həyat yoldaşıdır

Source: Foto: sosial şəbəkə


Mənbə qadının damdan düşdüyünü, rəsmilər isə iş başında öldüyünü deyir

Binəqədi rayonunun Sulutəpə qəsəbəsində yerləşən E.Sultanov adına 217 nömrəli orta məktəbdə xadimənin damdan düşərək öldüyü bildirilir.

Meydan TV-yə bu barədə məktəbdən adının açıqlanmasını istəməyən mənbə məlumat verib. Bildirib ki, qadının 50 yaşı var. Hadisənin intihar, yoxsa bədbəxt hadisə olduğu məlum deyil:

“Hazırda hadisə yerində hüquq -mühafizə orqanları işləyir. Heç kimə məlumat verilmir. Dərs vaxtıdır və şagirdlərə məktəbdən çölə çıxmamaq tapşırılıb. Bunu kimsənin hadisə yerindən şəkil çəkib yaymaması üçün edirlər. Əgər kimdənsə məlumat ötürüldüyünü bilsələr, məktəbdən xaric edəcəklər. Belə deyiblər”.

142554637654f81c88a4c931.44357718.jpg
217 saylı məktəb

Meydan TV Bakı Şəhər Təhsil İdarəsinə sorğu ilə müraciət edib. Müraciət 217 nömrəli tam orta məktəbdən cavablandırılıb. Məlumatda qeyd olunur ki, 30 oktyabr 2019-cu il tarixdə, təxminən saat 08:35 radələrində məktəbin xadiməsi Aybəniz İsa qızı Abdulrəhmanova öz vəzifəsini yerinə yetirərkən (pilləkəni süpürərkən) vəfat edib:

“Dərhal məktəbə təcili tibbi yardım çağırılıb. İlkin olaraq mərhumun ürək tutmasından (infarkt) vəfat etdiyi ehtimalı irəli sürülüb. Həmçinin Binəqədi Rayon Polis İdarəsinə məlumat verilib. İstintaq işləri başa çatdıqdan sonra vəfat edən şəxs Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə aparılıb”.

217 nömrəli orta məktəbin direktoru Bənövşə Cəfərova Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevin həyat yoldaşıdır.

Mənbə bildirir ki, ailənin oğlu Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun qızı ilə evlidir.

Ana səhifəSosialXadimə məktəbdə ölüb